HI-TECH

“Google” loqosunu yenilədi

“Google” 2025-ci ildə loqosunu yeniləyib. 2015-ci ildən bəri ilk dəfə dəyişdirilən loqoda, əvvəlki dörd rəngli seqmentlərdən ibarət böyük “G” hərfi yerini qradient rəng keçidləri ilə dizayn edilmiş yeni versiyaya verib.

Yeni loqoda qırmızı rəng sarıya, sarı yaşıla, yaşıl isə maviyə doğru axıcı formada keçid edir. Bu dizayn üslubu “Google”un süni intellekt məhsulu olan “Gemini”nin loqosunu xatırladır.

Hazırda yenilənmiş loqo iOS-un “Google Search” tətbiqində və Android-in beta versiyasında istifadə olunur. “Google” hələlik bu dəyişikliklə bağlı rəsmi açıqlama verməyib. Buna görə də digər məhsulların, məsələn, “Google Maps” və ya “Chrome”un loqolarının dəyişib-dəyişməyəcəyi bəlli deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)