BİZNES

Dövlət büdcəsinə vergi daxilolmaları artdı

Bu ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 923,5 milyon manata yaxın vergi daxil olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 266,1 milyon manat və ya 4,0 faiz artım deməkdir.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 948,0 milyon manatdan çox təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 425,4 milyon manat və ya 9,4 faiz çox olub.

Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun, 28,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)