Ələtdə tikiləcək beynəlxalq hava limanından sərnişindaşımada da istifadə olunacaq

Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunacaq beynəlxalq hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq.
Bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə deyib.
O bildirib ki, hava limanı 750 hektar ərazini əhatə edəcək.
"Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində beynəlxalq hava limanı tikilir. Bildiyiniz kimi, Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat yollarının kəsişdiyi yerdir, eyni zamanda dəniz limanının yaxınlığında yerləşir. Azərbaycanda əczaçılıq fəaliyyəti ilə məşğul olan yerli və xarici iş adamlarını Ələt Azad İqtisadi Zonasına dəvət etmək istəyirik. Bu obyekt əvvəl yalnız yük daşınması üçün nəzərdə tutulmuşdu. Artıq qərar dəyişib", - V. Ələsgərli əlavə edib.