“PAŞA Management Company”də (Ventures) yeni təyinat

“PAŞA Management Company”də (Ventures) yeni təyinat olub.
Məlumata görə, Elvin Əlizadə ” PASHA Management Company”nin strateji idarəetmə portfelinə daxil olan PAŞA Ventures Qrupunun yeni baş maliyyə inzibatçısı (CFO) təyin edilib.
O, 2022-ci ilin sentyabr ayından bu təyinata qədər ” PASHA Management Company” MMC-də Ventures Qrup üzrə maliyyə direktoru kimi çalışıb.
Elvin Əlizadə 2021-ci ilin sentyabr ayından ADA Universitetinin müəllimidir. Həmçinin, Xəzər və Qərb universitetlərində müəllim kimi çalışıb.