Qeyri-Bank

MDM hesablaşma agenti funksiyasını tətbiq etməyi planlaşdırır

Milli Depozitar Mərkəzin "2024-2026-cı illər üzrə İnkişaf Strategiyası"nda nəzərdə tutulan 6 hədəfdən 2-si ötən il icra edilib. Bunlar konsultasiya və elektron səsvermə (E-vote) xidmətləridir.

Qurumun Strategiya şöbəsinin rəhbəri Əli Əliyevin sözlərinə görə, MDM hesablaşma agenti funksiyasını tətbiq etməyi planlaşdırır: “Hazırda kapital bazarında banklar hesablaşma agenti kimi fəaliyyət göstərir. Strategiyaya əsasən, yeni bank modulunun tətbiq edilməsi və hesablaşma agenti funksiyasını MDM-in icra etməsi planlaşdırılır. Digər fəaliyyət istiqaməti olan maliyyə xidmətləri də bu yeni bank modulunda əks olunacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)