Mobius: Belə vəziyyətdə nağd pul kraldır, vəsaitlərimin 95 faizi nağddır

Mark Mobius Bloomberg TV-yə müsahibəsində qlobal bazardakı son vəziyyətlə bağlı qiymətləndirmələr edib.
"Belə qeyri-müəyyən vaxtlarda nağd pul padşahdır. Buna görə də mən vəsaitlərimin 95 faizini nağd şəkildə saxlayıram. Nağd pulu hazırda əlimizdə saxlamalıyıq və doğru vaxt gələndə hərəkətə keçməyə hazır olmalıyıq", - deyə Mobius bildirib.
Mobius qeyd edib ki, bazar daha da aşağı düşərsə, daha çox pul yatıra bilərlər. 2023-cü ildə Economic Times-a verdiyi müsahibədə Mobius təxminən 300 milyon dollarlıq bir portfel idarə etdiyini açıqlamışdı.
Mobius, Hindistan kimi bəzi inkişaf etməkdə olan ölkələrin hazırkı şəraitdə kifayət qədər yaxşı performans göstərəcəyini söyləyib.
Mobius, Hindistanın ABŞ prezidenti Donald Trampın Çini tədarük zəncirindən çıxarmaq üçün tarif addımlarından faydalanacağını vurğulayıb. O, həmçinin ABŞ-ın Hindistanla razılığa gəlməyə çox can atdığını və bunun səbəbi kimi “Hindistanı Çinə alternativ olaraq görmələri”ni diqqətə çatdırıb.
Mobius istehlakçı inamı ilə bağlı aşağıdakı şərhləri etdi:
"Mən də bazarı izləmək üçün S&P 500 fondlarına sahibəm. İndeksin ilin sonuna qədər cari səviyyələrin üzərinə çıxacağını gözləyirəm, çünki investorların ABŞ-a sərmayə yatırmaqda inamı geri qayıdacaq. Tramp bazarda daha böyük çöküş görmək istəmir, ona görə də istehlakçılara bir sıra əlavə açıqlamalar verəcək."