Bank

Azərbaycanda kredit faizlərinin artma səbəbləri açıqlanıb

Kredit faizlərinin artımı əsasən bazarda depozit faizlərinin artımı ilə bağlıdır. Bazarda faizlərin artmasının səbəbi isə sərbəst likvidliklə əlaqəli idi.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov ENA.az saytının sualını cavablandırarkən bildirib.

O deyib ki, hökümət hesablarında qalıq vəsaitlər yığılır, onun hesabına bazarda likvidlik azalır. Likvidlik az olduğu şəraitdə isə kredit faizləri yüksəlir.

“Əgər siz bu gün evdə pul saxlayırsınızsa potensial olaraq 9-10% itirirsiz. Həmin vəsaiti banka gətirsəniz, siz o pulu qazana bilərsiz. Banklar “yastıq altı” vəsaitləri cəlb etmək üçün depozit faizlərini qaldırdılar. Depozitlərin faiz dərəcələrinin artımı kreditləri cüzi də olsa bahalaşdırıb. Ancaq artan faiz şəraitində kreditləşməmiz azalmayıb, əksinə illik əsasda kredit portfelimiz 18.7% artıb”, - deyə əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)