MALİYYƏ

Bakı Fond Birjasında “boz bazar” bağlandı

Bank sədri oğluna qızına səhmdən pay verirdisə və ya satırdısa bunu fond birjası üzərindən qapalı yerləşdirmə ilə edirdi. ENA.az xəbər verir ki, bu ildən Bakı Fond Birjasında belə qapalı yerləşdirmə elan ilə səhm buraxılışına rast gəlməyəcəyik. Bir-birinin arasında səhm alqı-satqısı üçün istifadə edilən bu əməliyyatlar kütləvi ticarət üçün nəzərdə tutulmadığından Bakı Fond Birjası onları birjadan çıxartdı.

Beləliklə, “Boz bazar” üçün bu platformanın imkanlarından istifadə etmək qadağan olundu və bundan sonra belə əməliyyatlar yəqin ki, notariuslar vasitəsilə həyata keçirilməyə davam edəcək.    

Bəs, “boz bazar” niyə adlanırdı? Çünki belə "yerləşdirmədə" düzgün qiymət qoyma və vergidən yayınma kimi amillər vardı. Qeyri-listinq bazarının həcmi 3 milyard manata yaxın idi. Səhm emissiyasında isə təxminən 50 faizdən yuxarı paya sahib idi.

Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı Oqtay Qasımovun sözlərinə görə, bu ildən listinqə yalnız açıq bazar təklifləri yerləşdirilir.

“Listinqin mənası məhz ikinci bazar əqdlərini etmək üçündür. Hazırki listinq siyahısında olan qurumların 80-85 faizi maliyyə sektorudir. Bundan əlavə, telekommunikasiya sektoru, infrastruktur üzrə dövlət müəssisələri və bir neçə real sektor iştirakçısı var. Hesab edirik ki, ölkəmizdə xüsusən də real sektorda fond bazarına, listinqə düşə biləcək şirkətlər mpvcuddur və biz mütəmadi görüşlər keçirərək Birjanın üstünlükləri barədə müzakirələr aparırıq” – deyə  Oqtay Qasımov bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)