Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verdi

Milli Depozit Mərkəzi fiziki və hüquqi şəxslər üçün elektron müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunması məqsədilə “Elektron müraciət sistemi”ni istifadəyə verib.
Bu sistem vasitəsilə müraciətlərin daha sürətli və rahat şəkildə reallaşdırılması təmin edilib. Müraciət edənlər “Elektron müraciət sistemi”nə https://e-mdm.gov.az/ link vasitəsilə keçid edə bilərlər. “Elektron müraciət sistemi”ndə təqdim olunan məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş rəqəmsal imza vasitələri tətbiq olunub.
Sistem, eyni zamanda, Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının “Əməliyyat və xidmət effektivliyinin artırılması” hədəfi çərçivəsində rəqəmsallaşma səviyyəsinin artırılması, tam funksional və çevik İT infrastrukturun yaradılması və müştəri mərkəzli yanaşmaya keçid əsasında istifadəyə verilib.