Yelo Bank neyromüxtəlifliyi olan gənclərin məşğulluğuna dəstək məqsədilə tədbir keçirib

Aprel bütün dünyada "Autizm Maarifləndirmə Ayı" kimi qeyd olunur. Korporativ sosial məsuliyyətli Bank kimi Yelo hər il aprel ayında autizmin bir xəstəlik deyil, fərqlilik olduğu mövzusunda həm əməkdaşlarını, həm də cəmiyyətimizi maarifləndirən təşəbbüslərə imza atır. Bu dəfə Bank kollektivi Azərbaycanın ilk inklüziv kafesi olan "Kashalata"nı ziyarət edib. Bu məkan autizmli və əlilliyi olan gənclərin məşğullluğunu, cəmiyyətə inteqrasiyasını dəstəkləmək məqsədilə açılıb. Belə gözəl missiyanın bir parçası olmaq üçün Yelo Bank əməkdaşları kafedə bir araya gələrək buranın kollektivi, interyeri və iş mühiti ilə yaxından tanış oldular.
Kafenin həmtəsisçisi, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova əməkdaşları salamlayaraq, kafenin maraqlı, bir o qədər də ilhamlandıran hekayəsini bölüşdü. Həmçinin, xüsusi diqqət və xoş təşəbbüsə görə Yelo Bank kollektivinə təşəkkür etdi.
Yelo Bank-ın korporativ sosial məsuliyyət təşəbbüsləri xüsusilə, qadınların və uşaqların dəstəklənməsinə üstünlük verir. Bank bu istiqamətdə talassemiyalı və autizmli uşaqlara yardım, könüllü qan donorluğu aksiyaları, aztəminatlı ailələrə bayram sovqatlarının aparılması və s. təşəbbüslər həyata keçirir. Gələcəkdə də bu cür tədbirlər davam etdiriləcək.
Bank xidmətləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!





