Mərkəzi Bank “Odlar Yurdu Sığorta Brokeri”nə verilmiş lisenziyanı ləğv etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Odlar Yurdu Sığorta Brokeri” MMC-yə verdiyi lisenziyanı ləğv edib.
Bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar aprelin 9-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziya “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında ləğv olunub.