Gündəm

“Azərbaycan Dəmir Yolları” sədrinin müşaviri vəzifəsindən azad edildi

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.

A.Soltanova fəaliyyətini bundan sonra “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsdə davam etdirəcək.

O, “Azerkosmos”, “Baktelecom” və “Aztelekom” kimi şirkətlərdə çalışıb. 2023-cü ilin yanvarında ADY sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, 2024-cü ilin yayında QSC sədri Rövşən Rüstəmovun tapşırığı ilə üç xanım əməkdaşa, o cümlədən müşavir Aysel Soltanovaya “Toyota Corolla” markalı avtomobil verilməsi ilə bağlı məlumat yayılmışdı. ADY isə bu məlumat təkzib etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)