Mərkəzi Bank “Paysis”lə bağlı göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı “Paysis” MMC-yə münasibətdə təshih tədbirlərinin tətbiq edilməsi barədə qərar verib.
ENA.az xəbər verir ki, AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “Paysis” MMC-də aparılan ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin olunması və təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunması yoxlanılmışdır.
“Paysis” MMC tərəfindən ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən “Paysis” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilmişdir.
Təshih tədbiri – Yəni şirkətə hansısa qayda pozuntusunu düzəltmək üçün tapşırıq verilib.