SOCAR-ın departament rəhbəri vəzifəsini tərk edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan kapitalının inkişafı və funksional təkminləşdirmə departamentinin rəhbəri vəzifəsini tərk edib.
Məlumata görə, departament rəhbəri Elnur Hüseynov vəzifəsindən ayrılıb. Elnur Hüseynov bu vəzifəyə 2023-cü ilin noyabr ayında təyin olunmuşdur.
O, 2011-ci ilin iyunundan SOCAR-da müvafiq sahə üzrə çalışıb. 2020-ci ilin aprelindən İnsan resursları departamentinin direktor müavini olub.
Elnur Hüseynov 2005-2008-ci illərdə Uels Universitetinin Biznesin idarə edilməsi üzrə bakalavr, 2014-2018-ci illərdə Edinburqda Heriot-Vatt Universitetində Biznesin idarə edilməsi və insan resursları üzrə magistr dərəcələrinə yiyələnib.
O, 2017-2018-ci illərdə Vaşinqtondakı Corc Vaşinqton Universitetində Layihənin idarəedilməsi üzrə sertifikat (magistr) əldə edib.