Bank

Azərbaycandakı İran bankının müştəri hesabları azalıb

Azərbaycandakı İran bankı – Bank Melli İran Baku-nun bu ilin yanvar-mart ayları üzrə göstəriciləri açıqlanıb.  Hesabata əsasən, Bankın xalis mənfəəti 1 milyon 529 min manatdır.

Bankın gəlirləri yalnız kreditlərdən formalaşıb və 1 milyon 383 min manat təşkil edib. Bankın xarici valyuta əməliyyatlarından gəliri 7 min 793 manat olub. Bankın xərclərində böyük bir hissə 450 min 810 manat əmək haqqı tutumlu inzibati xərclərin payına düşüb.

Bank Melli İran Baku-nun  aktivləri 0,7 faiz artaraq 119 milyon 976 min manat olub. Nağd vəsaitləri 1,7% artaraq 39 milyon 530 min manata çatıb. Aktivlərin 27 milyon manatı isə qiymətli kağızlardadır.

Bankın maliyyə institutları qarşısında öhdəlikləri 17 milyon 156 min manat olub.  Yanvar-mart aylarında Bankın müştəri hesabları 300 min manat azalaraq 35 milyon 256 min manata düşüb. 73 milyon 611 min manat nizamnamə kapitalı, 23 milyon 140 min manat yığılmış zərəri var.

Bankın cəmi kapitalı 50 milyon 470 min manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)