Gündəm

Yoxlamaların aparıldığı Mərkəzə yeni direktor təyin edildi

Ötən ay yoxlamaların aparıldığı Respublika Endokrinoloji Mərkəzinə yeni direktor təyin olunub. 

ENA.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun Əmri ilə bu vəzifəyə Kəmalə Ağayeva gətirilib. 

Xatırladaq ki, ötən ay Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzində əməliyyat keçirilməsi barədə məlumat yayılmışdı.

Nəticədə bir neçə vəzifəli şəxsin - Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə sabiq direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyyə Əhmədova barəsində cinayət işi başlanıldığı, onların məsuliyyətə cəlb olunduğu, barələrində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi qeyd olunurdu.

Baş Prokurorluq və TƏBİB Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanması barədə birgə məlumat yaymışdı. Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Lakin Mərkəzinin keçmiş direktoru Nərmin İsmayılova əməliyyatın inzibati işlər üzrə direktor müavini vəzifəsində çalışmış Vəfa Kərimovadan edilən şikayət əsasında keçirildiyini, əməliyyat nəticəsində saxlanılan olmadığını, barəsində səslənən ittihamların yalan olduğunu açıqlamışdı. Bildirmişdi ki, əməliyyatdan sonra özü və baş həkim Ülviyyə Əhmədova işdən öz ərizələri ilə çıxıblar. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)