Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb

Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı aparılıb.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, baş nazir Rusiya liderini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb.