Hadisə

TASS: “Bir Türkiyə “Kirpi”sini ələ keçirdik, salamatdır"

Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Kursk vilayətinin İvaşkovski kəndinin azad edilməsi zamanı Ukrayna ordusuna məxsus “Kirpi” zirehli texnikasını (Türkiyə istehsalı – red.) ələ keçiriblər.

TASS Rusiya hərbi mənbələrinə istinadla məlumat yayıb: 

“Bir Türkiyə “Kirpi”sini ələ keçirdik, salamatdır, İvaşkovskidədir”, - mənbə agentliyə deyib.

TASS yazır ki, “Kirpi” ələ keçirilən digər zirehli texnikaların sərgisində nümayiş etdiriləcək.

Agentlik yazır ki, 2022-ci ilin noyabrında Türkiyə Ukraynaya 200 ədəd “Kirpi” minaya davamlı zirehli döyüş maşını tədarük edib. 

Qeyd edək ki, Kirpi V-Base monokok bədən quruluşuna malikdir, uzunluğu 7,3 metr və hündürlüyü 3,2 metrdir; Böyüklüyünə görə bəzi qurumlar və şəxslər tərəfindən "gəzən qala" ləqəbi verilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)