İcra başçısına müavin TƏYİN EDİLDİ

Yasamal Rayonu İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.
ENA.az xəbər verir ki, bu vəzifəyə 36 yaşlı Orxan Fərmayıl oğlu Məmmədov təyinat alıb.
O.Məmmədov buna qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Yeni müavin Dövlət İqtisad Universitetinin məzunudur. Həmçinin Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantıdır.
Qeyd edək ki, məlumatı bundan əvvəl "qafqazinfo" saytı yayıb.