BİZNES

“PAŞA Kapital”da yeni təyinat

“PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətin (PAŞA Kapital)  Audit Komitəsinə sədr təyin edilib.

Məlumata görə, Süleymanov Murad Hüseyn oğlu “PAŞA Kapital Audit Komitəsinin sədri təyin edilib.

Məlumat üçün bildirək ki, Cəmil Məmmədov və Ayaz Vəliyev isə Audit Komitəsinin üzvləridir.

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur. PAŞA Kapital fiziki və hüquqi şəxslərə Broker, Anderraytinq, Marja ticarəti, Market Meykinq və Maliyyə məsləhətləri xidmətləri göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)