Azərbaycan Beynəlxalq Bankının səhmləri bahalaşdı

Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmləri bahalaşdı. ENA.az xəbər verir ki, bu il yanvarıın 15-dək 26 qəpik olan səhm hazırda 29 qəpiyə ticarət edilir.
Nominal dəyəri 27 qəpik olan ABB shmləri fevralın 20-də 29 qəpiyə qalxmışdı, lakin birgünlük ticarətdən sonra səhmlər yenidən 28 qəpiyə düşmüşdü. Fevralın 27-dən yenidən 29 qəpiyə qalxan səhm bazarının son günə olan ümumi həcmi 26 min 937 min manat təşkil edib.
Qeyd edək ki, bazarda ən yüksək ticarət həcmi fevralın 27-də qeydə alınıb: 138 min 850 manat.