Sosial iqtisadiyyat

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbərliyinə təyinat olub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinə yeni müşavir təyin edilib.

Məlumata görə Həsənov İlqar İlham oğlu müvafiq vəzifəyə təyin edilib.

Həsənov İ.İ. 2022-ci ilin dekabrından Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəis müavini təyin edilmişdi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 fevral 2025-ci il tarixli sərəncamı ilə Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.

Buna qədər rəis Məmməd Abbasbəyli idi. Prezidentin sərəncamı ilə bu dövlət qurumunun strukturu dəyişdirilib.

Həsənov İlqar İlham oğlu barədə:

1980-ci ildə Bakı şəhərində anadan olub.

1996-2000-ci illərdə Qərb Universitetində İqtisadiyyat, idarətmə və menecment ixtisası üzrə bakalavr təhsili alıb.

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr, 2020-ci ildə Kanadanın York Universitetinin Schulich Biznes Məktəbində MBA dərəcəsini alıb.

2013-cü ildə ABŞ-nin Stenford Universitetinin peşəkar inkişaf proqramında iştirak edib.

Əmək fəaliyyətinə 1999-cu ildə “AzEuroTel” Birgə Müəssisəsində mühəndis olaraq başlayıb, 2005-ci ilədək həmin müəssisədə iqtisadçı və şöbə rəisi vəzifələrində çalışıb. 2005-2016-cı illərdə “Aztrank” MMC-nin direktoru, “Stonepay Commercial Construction” şirkətində layihə direktoru və “AzEuroTel” MMC-nin direktoru kimi fəaliyyətini davam etdirib. 2017-2018-ci illərdə müstəqil biznes məsləhətçisi olaraq çalışıb. 2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunda Baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)