Hadisə

Bakıda “OBA” marketdə partlayış olub, yaralananlar var

Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.

Bu barədə “OBA” məlumat yayıb. İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. FHN-dən “Report”a faktı təsdiqləyiblər.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)