Rusiya və ABŞ fevralın 27-də İstanbulda danışıqlar aparacaq

Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçiriləcək.
Bunu həmin ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.
Görüşdə ölkələrin diplomatik nümayəndəliklərinin işinə olan maneələrin aradan qaldırılması müzakirə olunacaq.
Səfirlik işçilərinin fəaliyyətlərinin bərpası Rusiya və ABŞ nümayəndə heyətlərinin fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlarda əldə etdiyi razılaşmalardan biri olub.
Qeyd edək ki, Ər-Riyad danışıqlarından sonra iki ölkənin prezidentləri Donald Tramp və Vladimir Putin müzakirələri uğurlu adlandırıblar.