Hadisə

MİDA-nın adından istifadə edilərək vətəndaşların külli miqdarda pul vəsaitləri ələ keçirilib – DTX-dan əməliyyat

Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.

Kənan Şərifov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

O, digərləri ilə birlikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)