Sənaye

SOCAR-ın builki büdcəsi təsdiqlənib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il üzrə büdcəsi təsdiq olunub.

Bu barədə şirkətin məlumatında bildirilib.

Məlumata görə, SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Şuranın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən iclasda SOCAR-ın prezidenti Rövşən Nəcəf və vitse-prezidenti Zaur Qurbanovun təqdimatı ilə şirkətin 2025-ci il üzrə büdcə layihəsi müzakirə edilib.

Müzakirələrdən sonra sənəd təsdiq olunub.

İclasda, həmçinin gündəlikdə olan digər məsələlər müzakirə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)