Bank

“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir

“AFB Bank” ASC-nin Müşahidə Şurasına yeni sədr seçilir.

Məlumata görə, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Vüsal Şahverdiyev İlqar oğlu Müşahidə Şurasının sədri seçilir.

O bu vəzifədə Elnur Qurbanov Məmməd oğlunu əvəz edəcək.

Digər qərarla, E.Qurbanov Müşahidə Şurasının müstəqil üzvü seçilib.

Vüsal Şahverdiyev bundan öncə ABB-nin Strategiya ofisinə rəhbərlik edirdi və bu banka 2020-ci ildən təyinat alıb. O, ABB-nin törəmə şirkəti olan “Azərikard” MMC-nin Müşahidə Şurasının üzvü idi.

Bundan öncə isə “Bank of Baku” ASC-də departament rəhbəri, “Bank BTB” ASC-də isə İdarə heyətinin üzvü və Müşhidə Şurasının üzvü vəzifələrinə qədər yüksəlib.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin əsas hissəsi – 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı) məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)