Bank

Birbank mobil tətbiqində yaranan fasilələr ilə bağlı açıqlama

28 Yanvar 2025/ 01:00 - "Birbank mobil tətbiqimizdə yaranan çətinlik aradan qaldırılıb. Tezliklə tətbiq tam şəkildə bərpa olunacaq". 

Bu barədə Kapital Bank məlumat yayıb.

27 Yanvar 2025/ 21:31 - Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. 

Marja xəbər verir ki, bu, Kapital Bankın yaydığı açıqlamada deyilir.

"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. 

Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.

Müştərilərimizə anlayışları üçün təşəkkür edirik."- məlumatda bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)