"Merano-Baku" və "VMF” şirkətlərini Azərbaycan Mərkəzi Bankı cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Merano-Baku" ASC və "VMF” şirkətinin hər birini 2 000 manat cərimələyib.
AMB-nin məlumatına görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb.