Kanat Bozumbayev: Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir
Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutular”ının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib.
Bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
Baş nazirin müavini Qazaxıstan üçün “burada gizlədəcək bir məsələnin olmadığını” qeyd edib.
Onun sözlərinə görə, daha əvvəl internetdə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir.
Baş nazirin müavini əlavə edib ki, onların arasında böyük fərq var.
“Yalnız rəsmi qurumların məlumatlarını gözləyin”, – Kanat Bozumbayev vurğulayıb.