Gündəm

ABŞ Qazaxıstandan 49 illiyinə torpaq icarəyə götürəcək

Qazaxıstan Almatıda torpaq sahəsini 49 il müddətinə ABŞ hökumətinə icarəyə verəcək.

Qazaxıstan mətbuatının verdiyi məlumata görə, müvafiq qanun layihəsi Qazaxıstan Məclisinin deputatları tərəfindən baxılmağa qəbul edilib.

Saziş 2024-cü il sentyabrın 27-də Nyu-Yorkda imzalanıb, lakin qüvvəyə minməsi üçün Qazaxıstan və Birləşmiş Ştatların qanunverici orqanları tərəfindən ratifikasiya edilməlidir.

ABŞ icarəyə götürülən 70 min kvadratmetr sahədə konsulluq binasının inşasını planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)