Sosial iqtisadiyyat

"Bəzi insanlar Babəkdə gördüyümüz işlərə kölgə salmaq istəyirlər"

"Bəzi insanlar yol təmirindən anlayışları olmadığı halda paytaxtın Babək prospektinin təmiri barədə əsassız iddialar səsləndirirlər. Həmin şəxslər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gördüyü işlərə kölgə salmaq istəyirlər".

Bunu jurnalistlərə açıqlamasında Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“Biz Babək prospektində yeni yol tikməmişik. Bu yol 1980-ci illərdə salınıb, 1996-98-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yenidən qurulub. Həmin yolun aşınma müddəti keçdiyinə görə, Prezident yolun yenidən qurulması barədə tapşırıq verib. Biz də mövcud yolu yenidən bərpa etmişik. Orda müəyyən aşınmaya məruz qalmış hissələr yenidən bərpa olunub və asfalt vurulub. Lazım olan yerlərdə yol genişləndirilib, Bakı Nəqliyyat Agentliyinin verdiyi plana uyğun avtobus dayanacağı və ikitərəfli avtobus hərəkətinin tənzimlənməsi üçün yol xətti çəkilib. Bəzi insanlar Azərbaycanın inkişafını istəmirlər, quruculuq və abadlıq işlərinə kölgə salırlar. Əgər onlar bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər", - sədr qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)