Bank

Mərkəzi bank daha bir şirkətə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “MMK-014” MMC-yə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib

ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.

Beləliklə, hazırda Azərbaycanda "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta", "Meta-Kapital" və "Money Shop" MMC-lərlə birlikdə 7 hüquqi şəxs sözügedən lisenziyaya malikdir.

Xatırladaq ki, “MMK-014” 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni yasamal 2, ev 2, m2, fəaliyyət ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45, qanuni təmsilçisi Tural Məhərrəm oğlu Mikayılov, nizamnamə kapitalı isə 660 min manatdır. Bu məbləğ şirkətə paytaxtda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyət göstərməyə imkan verir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)