Bank

Kreditlərdən ən çox qazanan bank ABB oldu - RENKİNQ

Bankların əsas gəlirləri verilmiş kreditlər üzrə faizlərdən formalaşır. Azərbaycan bankları arasında kredit portfelinin həcminə görə ən iri banklar müvafiq olaraq ən yüksək gəlirlilik nümayiş etdirirlər.

Ümumilikdə faiz gəlirlərinə daxildir: müştərilərə verilmiş kreditlər, banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri.  

Məsələn, KapitalBankın 850.3 milyon manat faiz gəlirlərinin 702,132 milyon manatını kreditlərdən əldə edib. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 34,374, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 85,178 milyon manatdır. 

ENA.az-ın hazırladığı RENKİNQ cədvəlinə görə, faiz gəlirləri üzrə bankların sıralaması belədir: 

Bankların adı

Faiz gəlirləri

2024-cü il, yekun, mly manatla

ABB ASC

914.2

Kapital Bank ASC

850.3

PAŞA Bank ASC

478.0

Bank Respublika ASC

236.6

Unibank KB ASC

232.2

AccessBank QSC

224.4

Xalq Bank ASC

184.0

Bank of Baku ASC

152.7

Yelo Bank ASC

151.5

Rabitəbank ASC

114.3

AzƏr Türk Bank ASC

107.2

TuranBank ASC

89.4

Expressbank ASC

68.5

Ziraat Bank Azərbaycan ASC

54.4

Yapı Kredi Bank Azərbaycan QSC

46.4

Azərbaycan Sənaye Bankı ASC

36.0

Bank VTB (Azərbaycan) ASC

32.6

Premium Bank ASC

31.8

Bank BTB ASC

31.2

AFB Bank ASC

22.5

Bank Avrasiya ASC

15.1

Bank Melli İran Bakı filialı

5.1

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)