Tramp Milli Enerji üzrə Fövqəladə Vəziyyət elan etdi. Baydenin sərəncamlarını ləğv etdi
Tramp vəzifəyə gəldiyi ilk gündə çoxsaylı icra sərəncamları imzalayıb. Tramp həmçinin enerji layihələri üçün icazə tələblərini asanlaşdıracaq və elektrik stansiyalarının tikintisini sürətləndirəcək Milli Enerji Fövqəladə Halının elan edilməsi haqqında sərəncam imzalayıb.
Ağ Ev ABŞ-ın enerji istehsalı, nəqli, emalı və istehsalının qeyri-adekvat olmasının ölkə iqtisadiyyatı, milli təhlükəsizlik və xarici siyasət üçün "fövqəladə" təhlükə yaratdığını açıqlayıb və bu tapıntılar fonunda Milli Enerji Fövqəladə Vəziyyəti elan edib.
Alyaskanın təbii sərvət potensialının üzə çıxarılmasına yönəlmiş icra fərmanı da imzalayan Tramp, ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən qüvvəyə minən, ABŞ ərazi sularının böyük bir hissəsində neft və təbii qaz qazılmasını qadağan edən icra sərəncamını da ləğv etdi.
Trump, həmçinin Bayden administrasiyasının bütün yeni avtomobil satışlarının yarısının 2030-cu ilə qədər sıfır emissiyalı avtomobillər olmasını və 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olunmasını tələb edən sərəncamlarını ləğv etdi.