Afiq Səfərov “Azərsun”dan getdi - Yerinə təyinat da olub
"Azərsun Holdinq"in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov tutduğu vəzifədən ayrılıb.
"BI" xəbər verir ki, A.Səfərov öz ərizəsi ilə işdən çıxıb. Lakin məlumatlı mənbələrin iddiasına görə, Afiq Səfərovun işdən çıxmasının daha dərin səbəbləri var.
A.Səfərovun yerinə artıq təyinat da olub. "Azərsun Holdinq"in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinə bundan sonra Kazım Babayev rəhbərlik edəcək.
Məsələ ilə bağlı A.Səfərovla əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, son dövrlər "Azərsun Holdinq"in daxilində müəmmalı gəlişmələr müşahidə olunur.
(c) Missiya.az