İqtisadiyyat

"Əhalinin təbii artım tempində azalma müşahidə edilir"

Azərbaycanın on milyonuncu vətəndaşını bu ilin martın ayının sonu- aprelin əvvəlində doğulcağını gözləyirik. Ümumilikdə əhalinin təbii artım tempində azalma müşahidə edilir.

"BI"nin sualını cavablandıran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun sözlərinə görə, əhalinin artım tempinin təhlili ilə bağlı müvafiq qurumlar bir araya gələcəklər: “Ədliyyə, Səhiyyə nazirlikləri və Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesləri izləyirik. Son bir neçə ildə doğum sayında azalmalar müşahidə edilir. Bunu bizim statistik məlumatlar da təsdiqləyir. 2009-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasında Azərbaycanda əilənin orta tərkibi 4,7 təşkil edurdi. Bu il keçiriləcək əhalinin siyahıya alınmasında bu rəqəm daha dəqiq göstəriləcək", -deyə Komitə rəhbəri bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department