Sığorta

AzTV daşınmaz əmlakını və işçilərini sığortalayır

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC daşınmaz əmlakın icbari sığortası xidmətinin satınalınması məqsədi ilə kotirovka sorğusu elan edir.

BI” AzTV-yə istinadən xəbər verir ki, kotirovka sorğusunun iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə yazılı surətdə təqdim etməlidir. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 26 fevral 2019-cu il saat 18:00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri 27 yanvar 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaq.

Bundan başqa, AzTV əməkdaşların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası xidmətinin satınalınması məqsədilə də kotirovka sorğusu elan edib. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 26 fevral 2019-cu il saat 18:00-a qədər , Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 27 yanvar 2019-cu il saat 15:00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)