Ötən il Azərbaycanda 48 mindən çox şəxs əlil statusu alıb
![](https://ena.az/uploads/news/2025-01/_ena_e8ad8b434008ff94492309068_o.jpg)
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 48,2 min şəxsə əlillik təyin edib.
Nazirliyin məlumatına görə, həmin şəxslərdən 23,9 mininə ilkin, 24,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.