BİZNES

Naxçıvanda dövlət fondunun qalıq vəsaiti 3 dəfə artıb

Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun qalıq vəsaiti 19,2 milyon manat təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 2,9 dəfə çoxdur.

Məlumata görə, il ərzində Naxçıvanda verilmiş güzəştli kreditlərin 17,7 milyon manatının geri qaytarılması təmin edilib ki, bu da 1 il əvvələ nisbətən 2,9 dəfə çoxdur. Ötən il 11 milyon manat problemli kreditin də geri qaytarılması təmin edilib ki, bu da illik müqayisədə 14,5 dəfə çoxdur.

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 38 layihənin maliyyələşdirilməsinə 4,2 milyon manatdan çox güzəştli kredit verib.

Güzəştli kreditlərin 73 %-i sənaye, 21 %-i kənd təsərrüfatı, 6 %-i isə xidmət sektoruna ayrılıb.

Ötən il sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Fondun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6-ya çatdırılıb, əlavə olaraq 3 kredit təşkilatının əməkdaşlığa cəlb olunması üçün işlər davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)