Azərbaycanda yeni rüsumlar müəyyənləşdi
![](https://ena.az/uploads/news/2025-01/_ena_46a2915b8a681f2e3019b9d9e_o.jpg)
Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşir.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, aşağıdakı rüsumlar müəyyənləşib:
– Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə – 100 manat;
– Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat;
– Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə – 100 manat;
– Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə – 50 manat;
– Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə – 100 manat.