"AGRO-VEST RETAIL" işçi axtarır - MAAŞ 2000 AZN
İşə Qəbul üzrə Baş Mütəxəssis
Son tarix 06 fev 2025
İşçiyə qoyulan tələblər:
- Ali təhsil - (İnsan resursları, psixologiya və ya əlaqədar ixtisaslar);
- İşə qəbul üzrə (Recruitment) 2-3 il iş təcrübəsi (Retail və FMCG sahələrində təcrübə üstünlükdür);
- Resursların cəlb edilməsi alətləri və metodları üzrə təcrübə;
- İnsan resursları qanunvericiliyi və tənzimləmələri barədə biliklər;
- Microsoft Office (Word/Excel/PowerPoint);
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Cins: Bəy namizəd.
Vəzifə öhdəlikləri:
- Vəzifə tələblərinin hazırlaması və müxtəlif platformalarda yerləşdirməsi. İşədüzəlmə portalları, sosial media, peşəkar şəbəkələr (məs. LinkedIn) və işçi tövsiyələri ilə potensial namizədlərin müəyyənləşdirməsi və cəlb edilməsi;
- Tərcümeyi-halların nəzərdən keçirilməsi, namizədlərin qısa siyahısının tərtib edilməsi və bacarıq, təcrübə və mədəni uyğunluğun qiymətləndirməsi üçün ilkin müsahibələrin aparılması;
- Axıcı və səmərəli müsahibə prosesinin təmin edilməsi üçün müsahibə dövrlərinin planlaşdırması və əlaqələndirməsi;
- Seçilmiş namizədlərin siyahısının xətt rəhbərlərinə təqdim edilməsi;
- İş təkliflərinin hazırlanması və seçilmiş namizədlərə təqdim edilməsi;
- Cari və gələcək işəgötürmə ehtiyaclarını qarşılamaq üçün ixtisaslı namizədlərin siyahısının yaradılması və saxlanması;
- Əmək yarmarkalarında, işgüzar əlaqələrin qurulması üçün keçirilən tədbirlərdə iştirak və istedadlı mütəxəssisləri cəlb etmək üçün işə qəbul üzrə marketinq kampaniyalarını idarə etməklə işəgötürənin brendinin yaradılmasının dəstəklənməsi;
- Sənədləşmə və istiqamətləndirmə daxil olmaqla yeni işçilərin (onbording) prosesinin təşkil edilməsi.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatı: 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 2000 AZN;
- Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç.
Maraqlananlar öz CV formalarını hr@aplus.az elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində ”İşə Qəbul üzrə Baş Mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.