Gündəm

“Azericard”da yeni təyinat olub

Prosessinq mərkəzi olan “Azericard” MMC-də yeni təyinat olub.

ENA.az xəbər verir ki, Quliyeva Banu Azərikard MMC şirkətinin Hüquq departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

O, 2023-cü ilin fevralından 2025-ci ilin yanvar ayına kimi “Azericard”da hüquq və sənədləşmə şöbəsinin müdiri olub.

Quliyeva Banu hazırda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında vəkil kimi çalışır.

O, 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində “Hüquq” üzrə bakalavr dərəcəsinə, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq” üzrə magistr dərəcəsinə, 2015-2019-cü illərdə isə Hüquq və İnsan Haqları İnstitutunda “Beynəlxalq Hüquq” üzrə doktorluq elmi dərəcəsinə yiyələnib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)