Kapital bazarında ən çox şikayətlər nədəndir?
2024-cü ildə kapital bazarları ilə bağlı Azərbaycan Mərkəzi Bankına 330 yazılı müraciət daxil olub. Bu, ümumi müraciətlərin 2 faizini təşkil edir.
Mərkəzi Bank İstehlakçılarla iş departamentinin direktoru Murad Məmmədovun sözlərinə görə, şikayətlərin əksəriyyəti səhmdarların təyin edilmiş iclaslarda iştirakı ilə bağlı olub.
"Biz komplayns siyasəti çərçivəsində bu çətinliklərin aradan qalxmasına yardım göstərəcəyik", -deyə Murad Məmmədov qeyd edib