Azərbaycan və Qazaxıstanın depozitar mərkəzləri danışıqlar aparır

Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) və Qazaxıstanın Mərkəzi Depozitarı (KCSD) arasında qarşılıqlı əlaqələrin qurulması istiqamətində danışıqlar aparılır.
Bunu MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev qurumun “E-Vote” sisteminin tətbiqi ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, MDM bir neçə ölkəyə əməkdaşlıq ilə bağlı sorğular göndərib: “Lakin bu məsələ bazarların bir-birinə marağından asılıdır”.
A. Xudaverdiyev əlavə edib ki, hazırda MDM-in Gürcüstan və Ukrayna ilə aktiv əməkdaşlıq əlaqələri mövcuddur.