Sosial iqtisadiyyat

Bayram günlərində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin iş qrafiki açıqlanıb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 30 dekabr – 3 yanvar tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, 4 yanvar tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)