Gələn il azad olunmuş hansı bölgəyə daha çox pul xərclənəcək? - SİYAHI
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənmiş "2025-ci il dövlət büdcəsi haqqında" qanunda iğaldan azad edilmiş bölgələrdə yaradılan Bərpa, Tikinti və İdarəetmə xidmətlərinə ayrılan vəsaitin həcmi məlum olub.
Məlumata görə, gələn il Bərpa, Tikinti və İdarəetmə xidmətlərinə ayrılan vəsait aşağıdakı kimi müəyyən olunub:
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 9 552 590.0 manat;
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 6 900 290.0 manat;
“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 4 889 900.0;
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 13 586 720.0;
“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 4 889 435.0.