Gündəm

Azərbaycan qəza ilə bağlı bu təklifdən İMTİNA ETDİ

Qəzadan sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılmasını təklif edib.

ENA.az xəbər verir ki, bu barədə APA hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Azərbaycan bu təklifdən imtina edib.

Rəsmi Bakı hadisənin beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılmasını tələb edir.

Azərbaycan hesab edir ki, “Qara qutu”ların oxunması da bu qrup tərəfindən təmin olunmalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)