BİZNES

Bağdat Amreyev: "Türk dövlətləri sabahın sənayesinə sərmayə qoymalıdır"

Türk Dövlətləri Təşkilatı (TDT) sabahın sənayesinə sərmayə qoymalıdır və bunun üçün lazımi bacarıqlar formalaşdırmalıdır.

Türk İnvestisiya Fondunun (TIF) prezidenti Bağdat Amreyev Bakıda keçirilən ürk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında "COP29-da vurğuladığımız kimi "yaşıl keçid"i sürətləndirməliyik və bunu indi etməliyik. Başqa alternativ yoxdur", - deyib. 

Bundan başqa, o deyib ki, TİF regional ticarətin və investisiyaların artırılmasına, nəqliyyat, enerji və rəqəmsal əlaqələrin genişləndirilməsinə kömək edən milli, birgə və regional layihələrə maliyyə dəstəyi, həmçinin KOB və startaplara texniki dəstək təklif edəcək.

"Fond türk şirkətlərinin beynəlxalq kapitala çıxışının yaxşılaşdırılmasına, türk dövlətlərinə və şirkətlərimizə xarici investisiyaların cəlb edilməsinə də dəstək verəcək", - deyə B.Amreyev əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)