Bank

Kapital Bank “Birbank” brendinə transformasiya edir

2025-ci ilin birinci rübündən etibarən “Kapital Bank” brendini “Birbank” brendinə transformasiya edir.

ENA.az xəbər verir ki, bunu bankın keçirilən mətbuat konfransında İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.

“İndi aylıq 3 milyondan çox aktiv müştərisi ilə “Birbank” “Kapital Bank” qədər güclü brendə çevrilə bilib”, – deyə bank sədri bildirib.

Sədr deyir ki, gələcək planlar daha çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərində hədəflənib.

“2025-ci ilin 1-ci rübündən etibarən “Kapital Bank” brendini “Birbank” brendinə transformasiya edirik”, – deyə o əlavə edib.

Konfransda məhsul və xidmətlərin isə müştərilərə “Birbank” brendi üzərindən təqdim ediləcəyi bildirildi.

Bununla belə, Bank sədri bu prosesdə bunun “Kapital Bank” brendinin yox olması anlamına gəlmədiyini, Bankın bazarda daha çox “Kapital Bank” brendi ilə maliyyə institutu kimi qalacağını nəzərə çatdırdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)